DÜNYA ROBOT OLİMPİADASININ AZƏRBAYCAN SEÇİM YARIŞI - 2018

5-7 oktyabr 2018-ci il tarixlərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyi və AREA (Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası) ilə birlikdə növbəti Dünya Robot Olimpiadası üzrə Azərbaycan seçim yarışı keçiriləcəkdir.

8-19 yaşlı gənclərimiz müxtəlif kateqoriyalar üzrə mübarizə aparacaqlar. Yarışda qalib gələn komandalar diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaq, həmçinin 16-18 noyabr 2018-ci il tarixlərdə Tayland Krallığında keçiriləcək Dünya Robot Olimpiadasının finalında Azərbaycanı təmsil etmək hüququ əldə edəcəkdir.

QAYDALAR sözünün üzərinə klikləyərək 16-18 noyabr 2018-ci il tarixlərdə Tayland Krallığında keçiriləcək Dünya Robot Olimpiadasının bütün kateqoriyalar üzrə qaydaları ilə tanış ola bilərsiniz.