Azərbaycanda III Robot Olimpiadasının hazırlıqlarına start verildi!

2019-cu ilin may-iyun aylarında nəzərdə tutulan Azərbaycanda III Robot Olimpiadasının hazırlıqlarına start verildi. Qalib komandalar ötən illərdə olduğu kimi bütün kateqoriyalar üzrə uğurlu nəticə göstərən komandaların Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Dünya Robot Olimpiadasının final mərhələsində iştirakı təmin olunacaqdır. Final 8-10 noyabr 2019-cu il tarixdə Macarıstanda baş tutacaqdır.

Macarıstanda keçiriləcək Dünya Robot Olimpiadası üçün qəbul edilmiş qaydalarla tanış olmaq üçün aşağıdakı kateqoriya adlarının üzərində klikləyərək keçid edə bilərsiniz.

ÜMUMİ QAYDALAR

REGULAR CATEGORY

OPEN CATEGORY

FOOTBALL CATEGORY