Azərbaycanda III Robot Olimpiadası üçün qeydiyyata start verildi!

4 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AREA (Azərbaycan Robototexnika Mühədislik Akademiyası) təşkilatı və "Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda III Robot Olimpiadası keçiriləcəkdir. Olimpiadada bütün kateqoriyalar üzrə qalib komandalar hər il olduğu kimi Dünya Robot Olimpiadasında iştirak hüququ qazanacaqlar. Xatırladaq ki, Dünya Robot Olimpiadasının final mərhələsi 2019-cu ilin noyabr ayında Macarıstan Respublikasında keçiriləcək.

Aşağıda "Qaydalar" sözünün üzərində klikləyərək 2019-cu il üçün müəyyən olunmuş qaydalarla da tanış ola bilərsiniz.

QAYDALAR