Azərbaycanda ROBOTOTEXNİKA hərəkatı

2016-cı il tarixdə ilk dəfə olaraq Azərbaycan Dünya Robot Assosasiyasına sınaq üzvlüyünə qəbul olunmuşdur. Xatırladaq ki, Dünya Robot Assosasiyası tərəfindən hər il keçirilən ən böyük robototexnika yarışması olan Dünya Robot Olimpiadasında (WRO) 60-dan artıq ölkənin yeniyetmə və gəncləri iştirak edir. 7 oktyabr 2017-ci il tarixdə Bakı şəhərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi İctimai Birliyi və AREA (Azərbaycan Robototexnika və Mühəndislik Akademiyası) tərəfindən Dünya Robot Olimpiadasının Azərbaycan seçim yarışı keçirilmişdir. Yarışların sonunda Yaponiyadan dəvət olunmuş Baş hakim Kohei İşiqamanın rəhbərlik etdiyi hakimlər komitəsinin qiymətləndirməsinə əsasən qalib olmuş komandalar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 10-12 noyabr 2017-ci il tarixlərdə Kosta-Rikada keçirilən Dünya Robot Olimpiadasında iştirak etmişdir. Qeyd edək ki 2017-ci ilin sonunda Azərbaycan Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul olunmuşdur.

DÜNYA ROBOT OLİMPİADASININ AZƏRBAYCAN SEÇİM YARIŞI - 2018

5-7 oktyabr 2018-ci il tarixlərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyi və AREA (Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası) ilə birlikdə növbəti Dünya Robot Olimpiadası üzrə Azərbaycan seçim yarışı keçiriləcəkdir.8-19 yaşlı gənclərimiz müxtəlif kateqoriyalar üzrə mübarizə aparacaqlar. Yarışda qalib gələn komandalar diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaq, həmçinin 16-18 noyabr 2018-ci il tarixlərdə Tayland Krallığında keçiriləcək Dünya Robot Olimpiadasının finalında Azərbaycanı təmsil etmək hüququ əldə edəcəkdir.QAYDALAR sözünün üzərinə klikləyərək 16-18 noyabr 2018-ci il tarixlərdə Tayland Krallığında keçiriləcək Dünya Robot Olimpiadasının bütün kateqoriyalar üzrə qaydaları ilə tanış ola bilərsiniz.

Qalereya

Xəbərlər

4 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, N...

Daha çox...

4 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, N...

Daha çox...

2019-cu ilin may-iyun aylarında nəzərdə tutulan Azərbaycanda III Robot Olimpiadasının hazırlıqları...

Daha çox...